AZ

Rusiya milyarderlərin sayına görə Böyük Britaniyanı ötüb

Rusiyada milyarderlərin sayı 8,5% artaraq 128-ə çatıb və onların ümumi sərvəti 457 milyard dollar təşkil edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya artıq dollar milyarderlərinin sayına görə Böyük Britaniya ilə bərabərləşərək ən çox ultra-zəngin şəxslərin olduğu 15 ölkə arasında yer alıb. Bu, “Altrata” tədqiqat şirkəti tərəfindən hazırlanan son “Milyarder Census 2025” hesabatına əsasəndir.

Araşdırmaya görə, Rusiyada 128 milyarder var ki, bu da əvvəlki illə müqayisədə 8,5% artım deməkdir. Onların ümumi sərvəti 457 milyard dollar olaraq qiymətləndirilir. Böyük Britaniyada da 128 milyarder var ki, bu da il ərzində 4,9% artım deməkdir və onların ümumi sərvəti 323 milyard dollar təşkil edir.

ABŞ 1135 milyarderlə müvafiq reytinq cədvəlində lider olaraq qalır. Son bir ildə onların sayı 8% artıb, ümumi varidatları isə 5,74 trilyon dollara çatıb. Çin 321 milyarderlə ikinci, Almaniya isə 184 milyarderlə üçüncü yerdədir.

“Altrata” qeyd edir ki, reytinqə daxil olan 15 ölkədən 12-sində milyarderlərin sayında artım müşahidə olunub.

Musavat.com

 

Seçilən
18
musavat.com

1Mənbələr