AZ

AFFA "Kəpəz"i 10 min manat cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turunda qeydə alınan qayda pozuntuları müzakirə olunub.  

“Kəpəz” – “İmişli” oyununda 0:3 hesabı ilə uduzan Gəncə klubu maddi baxımdan da böyük məbləğdə ziyana düşüb. Matçın 25-ci dəqiqəsində qapıçı Məmməd Hüseynov birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq uzaqlaşdırılıb, klub 1000 manat cərimələnib. Azarkeşlərin davranışı isə qərb təmsilçisini 9000 manat "tərlədib". Oyunun 38-ci dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirən və və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Kəpəz” 6000 manat cərimə olunub. 68-ci dəqiqədə isə pirotexniki vasitədən istifadə edilib ki, bu da 3000 manat deməkdir. 

“Araz-Naxçıvan” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 700 manat ödəyəcək. 

“Qəbələ” – “Neftçi” oyununda isə “ağ-qaralar”ın azarkeşləri məşəldən istifadə edib və beləliklə, bakılılar 3000 manat cərimə edilib.

Seçilən
5
fanat.az

1Mənbələr