Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın yeni raketləri sınaqdan keçirməsindən sonra Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib.
Axar.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var. Bu, mənim birinci prezidentlik dövrümdə mövcud silahların tam yenilənməsi və təmiri ilə birlikdə həyata keçirildi. O silahların dəhşətli dağıdıcı gücünə görə bunu etməkdən nifrət edirdim, amma seçimim yox idi! Rusiya ikinci yerdədir, Çin isə üçüncü yerdədir. 5 ildən sonra da belə olacaq.
Başqa ölkələrin sınaq proqramlarına görə, Hərbi Nazirliyə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırmışam. Bu proses dərhal başlayacaq", - Tramp qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        