Bakı. Trend:
Xəstəxanalara işə qəbul prosesi nəticələr əsasında həyatakeçirilir.
Trend xəbərverir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçıdirektoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibbİnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasiçərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, əgər işçilərimiz sertifikasiya imtahanlarındanuğursuz nəticə əldə edirlərsə, onlar ilkin mərhələdə müvəqqətiolaraq tibbi xidmətdən uzaqlaşdırılırlar.
"Növbəti imtahanda da uğursuz olacaqları təqdirdə, onlarınfəaliyyətinə tamamilə xitam verilir", - o əlavə edib.