PSJ-nin yarımmüdafiəçisi Dezire Due Fransa çempionatı çərçivəsində “Loriyan”la (1:1) keçirilən 10-cu turun oyununda aldığı bud zədəsi səbəbindən bir neçə həftə meydanlardan kənarda qalacaq.
Publika.az xəbər verir ki, bu barədə "L’Equipe" bildirib.
20 yaşlı fransalı oyun zamanı sağ budunu tutub və 61-ci dəqiqədə xərəkdə meydandan çıxarılıb. O, həmin vaxt güclü ağrılar keçirib.
2025/26 mövsümündə yarımmüdafiəçi 8 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Əvvəlki mövsümlərdə o, fibula zədəsi alaraq 6 oyun buraxıb.
 
                        