AZ

Yalandan namaz qıla bilmərəm Cəmiyyət niyə vor zakon lara azarkeşlik edir?

Baku.ws saytına istinadən ain.az xəbər verir.

"Amin" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda "Fatimeyi-Zəhra" məscidinin imam müavini Fərid Qasımzadə və Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli ilə müasir insanın mənəvi dünyası haqqında fikir mübadiləsi aparılıb.

Fərid Qasımzadənin sözlərinə görə, müasir insan mənəvi dəyərlərindən uzaqlaşıb:

"Hazırda çağdaş insanın mənəvi dünyası şikəst haldadır. Çünki həqiqi kimliyimizdən ayrı düşmüşük. Mənliyimizi heç vaxt unutmamalıyıq. Çünki həqiqi kimliyini unudan şəxs mənəvi tənəzzülə məhkumdur".

Elçin Hüseynbəyli isə günahkar insanların Həcc ziyarətinə getməsini tənqid edib:

"İndi pulu olan hər kəs Həccə gedir. Amma oğruların, sələm verənlərin və kələk gələnlərin ora getməsi doğru deyil. Bu, saxtakarlıqdır".

Daha ətraflı Baku.TV-nin materialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
baku.ws

1Mənbələr