AZ

DTX icra başçısını buna görə saxlayıb

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı yeni və sensasion faktlar üzə çıxıb.

Publika.az Müsavat.com-a istinadla xəbər verir ki, Rzayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında SOCAR-ın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx-məmur Mikayıl İsmayılov dayanıb.

Məlumata görə, Mikayıl İsmayılov İslam Rzayevin tələbə yoldaşı və eyni zamanda "qudası"dır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub və Rzayevin Balakənə icra başçısı kimi təqdimatı həyata keçirilib. Bu təyinat həmin dövrdə Mehdiyev klanının ölkə üzrə regional idarəçilik mexanizmlərində öz təsir dairəsini qorumaq üçün həyata keçirdiyi mühüm addımlardan biri sayılır.

Buradaca bildirək ki, bu şərti adı "qudalıq" olan bu əlaqələrin bütün detalları redaksiyada var; sadəcə, mövzumuz bu deyil, yaxın zamanlarda bu detalları da dərc edəcəyik.

Mikayıl İsmayılov kimdir?

Seçilən
27
publika.az

1Mənbələr