BAKI, 30 oktyabr. TELEQRAF
“Bəzən münaqişə tərəflərinə mübarizə aparmağa (döyüşməyə) imkan vermək lazımdır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşündən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən deyib.
“Razılaşdıq ki, tərəflər döyüş əməliyyatlarına fokuslansınlar, bəzən, məncə, onlara mübarizə aparmağa imkan vermək lazımdır”, - o bildirib.
Tramp həmçinin Çinin Rusiya-Ukrayna münaqişəsini tənzimləməkdə kömək edəcəyinə əmin olduğunu qeyd edib: “Bu barədə uzun danışdıq. Birlikdə çalışacağıq ki, görək nəsə edə bilərikmi”.