AZ

Vüqar Qurbanov xəstəxanalardakı növbə problemlərinin həlli üçün iş aparıldığınıDEYİB

Xəstəxanalardakı növbə problemlərinin aradan qaldırılması üçün müntəzəm iş aparılır.

Xezerxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ("Medinex 2025") jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı keçirilən ciddi islahatlar hazırda növbə problemlərinin həllinə yönəlib:

"Müraciətlərin sayının artması ilə əlaqədar növbələr yaranır. Növbələrin aradan qaldırılması məqsədilə işlər görülür və tibb müəssisələrində növbə terminalları quraşdırılıb".

V.Qurbanov bildirib ki, Azərbaycanda yeni tibb müəssisələri istifadəyə verilib:

"Tibbi xidmətlərin əlçatanlığının artırılması ilə bağlı müvafiq tapşırıqlar icra olunur. Artıq tibbi xidmətlərin çeşidi də genişlənib. Əvvəllər dövlət tibb müəssisələrində ay ərzində icbari tibbi sığorta çərçivəsində 200-300 müraciət qeydə alınırdısa, indi bu rəqəm 2-3 min civarındadır".

Seçilən
17
4
xezerxeber.az

5Mənbələr