"Brüsseldə 'ikinci mən' də mövcuddur. Bəzən Aİ-nin əsas nümayəndəsi Gürcüstanın sanksiyalara riayət etməsini tərifləyir. Gürcüstanın Rusiya ilə qonşu olması, bəzi hallarda ölkənin ərazisinin sanksiyaların əleyhinə istifadə oluna biləcəyinə dair risk yaradır. Amma Gürcüstan hökuməti çox effektiv nəzarət mexanizmi qurub, buna görə tənqid deyil, bir çox hallarda təşəkkür alıb. Bu, Brüsselin bir tərəfi, bir "mən"dir. Əgər tərif bir tərəfdən gəlibsə, Brüsselin ikinci "məni" isə qrant verir 'Şəffaflıq Beynəlxalq'a, guya Gürcüstan hökuməti sanksiyaları pozur deyə. Bu maliyyə Avropa İttifaqı tərəfindən ayrılır və bu təşkilatlar dezinformasiyanı yayırlar. Buna görə biz maraqlıyıq, Brüssel öz mövqeyini formalaşdırsın: Gürcüstan sanksiyaları qoruma baxımından nümunəvidir, yoxsa yox? Əgər nümunəvidirsə, niyə Brüsseldən dezinformasiyanı maliyyələşdirirlər? "Şəffaflıq Beynəlxalqchr("39")', "ISFED", "FactCheck" və digər belə təşkilatlara dəstək verirlər? Bu, bir tərəfdən ikili standart deyil, Brüsseldə bipolarlığın göstəricisidir", - deyə Papuaşvili vurğulayıb. Gürcüstan Xarici İşlər Nazirliyi isə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan tərəfindən göndərilən məktubu yayıb. Məktubda O'Sullivan Gürcüstanı Rusiyaya qarşı Aİ sanksiyalarının pozulmaması üçün göstərdiyi səylərə görə təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
 
                        