Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasında əməliyyat keçirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Əməliyyat zamanı redaksiyanın ofisində axtarış aparıldığı bildirilir.
Bundan başqa, Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşən “Futbol+” qəzetinin redaksiyasında hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Əməliyyat zamanı qəzetin baş redaktoru Mahir Rüstəmli saxlanılıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
 
                        