Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin və ABŞ arasında ticarət sahəsində razılaşma əldə olunub və Çin bir sıra sahələrdə güzəşt addımları atıb.
Banco.azxəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Cinpinin görüşündən sonra Çin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Çin 9 oktyabrda elan olunan ixrac nəzarətlərini bir il müddətinə dayandıracaq.
Eyni zamanda, nadir torpaq elementlərinə dair tədbirlər də bir il ərzində tətbiq olunmayacaq.
Açıqlamalarda həmçinin, Çin və ABŞ arasında kənd təsərrüfatı məhsulları ticarətinin inkişafı istiqamətində də razılaşma əldə edildiyi bildirilib.
Çin, Tiktok məsələsinin də uyğun şəkildə həll ediləcəyinə dair öhdəlik verib.
Bundan başqa, Çin qeyd edib ki, ABŞ da 24%-lik tarifin dayandırılması qərarını bir il uzadacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
 
                        