AZ

İşəmuz və vaxtamuz sistemi haqda bilməli olduqlarınız: İqtisadçıdan vacib açıqlama

İqtisadçı: “Əmək Məcəlləsində iki növ ödəniş sistemi mövcuddur”

İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə əsasən, hazırda iki əsas əməkhaqqı ödəniş sistemi mövcuddur – işəmuzvaxtamuz.

Onun sözlərinə görə, işəmuz sistemində əməkhaqqı işçinin gördüyü işin həcmi, istehsal etdiyi məhsul və ya göstərdiyi xidmətin miqdarına əsasən hesablanır. Vaxtamuz sistemində isə əməkhaqqı işçinin işdə keçirdiyi vaxta görə müəyyən olunur.

“Adətən ofis işçiləri vaxtamuz, istehsal sahəsində çalışanlar isə işəmuz sistemlə işləyirlər. Hər iki ödəniş forması qanunvericilikdə nəzərdə tutulub və qanunidir,” – deyə iqtisadçı qeyd edib.

Xalid Kərimli əlavə edib ki, son vaxtlar bu mövzunun aktuallaşmasının səbəbi “saatlıq minimal əməkhaqqı” anlayışının qanunvericiliyə daxil edilməsi ilə bağlı ola bilər:

“Əvvəllər aylıq minimal əməkhaqqı tətbiq edilirdi, indi isə saatlıq minimal əməkhaqqı anlayışı gündəmə gəlib. Bu da gələcəkdə saatlıq əmək müqavilələrinin bağlanmasını aktuallaşdıra bilər.”

Seçilən
27
news365.az

1Mənbələr