
Avropa Komissiyası (AK) Ermənistana nüvə təhlükəsizliyini gücləndirmək üçün 5 milyon avro qrant maliyyəsi ayıracaq.Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, Ermənistan hökuməti oktyabrın 30-da müvafiq sazişin imzalanmasını təsdiqləyib.“Ermənistanda Nüvə Təhlükəsizliyi və Radiasiyadan Mühafizənin Gücləndirilməsi proqramı çərçivəsində Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında maliyyələşdirmə sazişinin imzalanması təsdiq edilsin”, - qərarda deyilir.Vəsait əlavə olaraq Ermənistan Atom Elektrik Stansiyasında stress sınaqları üzrə milli fəaliyyət planına daxil edilmiş tədbirlərin həyata keçirilməsinə, Ermənistanın Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin potensialının artırılması və stansiyasının təhlükəsizlik səviyyəsinin mövcud təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi yardımına ayrılacaq.
İlahə QənbərliMissiya.Az
