AZ

Narkotik məsələsində razılaşdılar: Tramp Çinə tətbiq edilən tarifləri endirdi

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinin sintetik opioid olan fentanillə bağlı mövqeyinə cavab olaraq Çindən gələn mallara tətbiq edilən rüsumları 20%-dən 10%-ə endirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində deyib.

"Biz razılığa gəldik ki, axını dayandırmaq üçün o, çox çalışacaq. Onun açıqlamalarından sonra mən tarifləri 10% aşağı saldım. İndi bu, 20% əvəzinə 10% təşkil edir", - Tramp deyib.

Onun sözlərinə görə, nəticədə Çindən gələn mallara rüsum 57% deyil, 47% olacaq.

ABŞ Prezidenti Donald Tramp və Çin dövlət başçısı Si Cinpin Cənubi Koreyanın Busan şəhərində Trampın ikinci müddətinin başlamasından bəri ilk dəfə ikitərəfli görüş keçirib.

Seçilən
17
publika.az

1Mənbələr