AZ

Milyarder Ələkbərovun neft imperiyası dağılmaq ərəfəsindədir – “Forbes”

28 milyard dollarlıq sərvətlə Rusiyanın ən zəngin neft maqnatı Vahid Ələkbərovun onilliklər ərzində qurduğu neft imperiyası mümkündür ki, son aylarını yaşayır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Forbes” yazır.

ABŞ sanksiyalarına məruz qalan və Ələkbərovun (2021-ci ilə qədər) 28% paya sahib olduğu “Lukoil” 11 ölkədə xarici aktivlərini məcburi satışa çıxarmağa başlayır. Onların arasında Bolqarıstan, Rumıniya və Hollandiyadakı neft emalı zavodları, Avropa İttifaqında (Aİ) yanacaqdoldurma məntəqələri şəbəkəsi, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir, BƏƏ, Latın Amerikası, Qərbi və Mərkəzi Afrikadakı istehsal müəssisələri daxildir.

“Lukoil”un sonudur”, – deyə şirkətin keçmiş top-meneceri “Politico”ya bildirib. Onun dəyərləndirməsinə görə, xarici aktivlərsiz “Lukoil” gəlirlərinin 30%-ni itirəcək. Keçən il bu, rekord 8,4 trilyon rubla çatıb, bunun da 1 trilyondan çoxunu “Lukoil” səhmdarlara ödəyib. Neftçi nəslindən olan və SSRİ neft sənayesi nazirinin sonuncu müavini olan Ələkbərov şəxsən 2 milyard dollardan çox pul alıb.

“Alfa Bank” analitiklərinin fikrincə, sanksiyalar və məcburi satışa görə “Lukoil” ümumi karbohidrogen hasilatının 15-17%-ni itirə bilər. Şirkət neftinin 6,5%-ni və qazın, demək olar ki, yarısını xaricdə istehsal edir. 5000 yanacaqdoldurma məntəqəsi şəbəkəsini təmin edən xarici neft emalı zavodları “Lukoil”un ümumi neft emalı həcminin dörddə birini təşkil edir. “Alfa Bank” xəbərdarlıq edir ki, xarici aktivlərin itirilməsi “Lukoil”un maliyyə göstəricilərinə əhəmiyyətli təsir göstərə bilər.

Nəşr yazır ki, Ələkbərov neft emalı zavodlarını, yanacaqdoldurma stansiyalarını və təxminən 10 milyard dollar dəyərində neft yataqlarını heç bir qiymətə satmağa məcbur olacaq.

“Kasatkin Consulting”in idarəedici partnyoru Dmitri Kasatkinin sözlərinə görə, şirkət “dost olmayan yurisdiksiyalarda 70%-ə qədər, neytral və mehriban ölkələrdə isə 50%-ə qədər” endirim təklif etmək məcburiyyətində qalacaq.

ABŞ Maliyyə Nazirliyinin verdiyi lisenziyaya əsasən, “Lukoil” noyabrın 21-dək bütün sövdələşmələrini başa çatdırmalıdır. Kasatkinin fikrincə, bir ay ərzində hər şeyi satmaq qeyri-realdır: belə aktivlər üçün tipik müddət 6-12 aydır.

“Alfa-Bank” isə güman edir ki, “Lukoil” çox güman ki, lisenziyanın uzadılması üçün müraciət edəcək.

“Alfa-Bank” hesab edir ki, İraq, Qazaxıstan və Azərbaycandakı iri istehsalat obyektləri “Lukoil”un mülkiyyətində qala bilər. Məsələn, Qazaxıstanın “Tengizchevronoil” şirkəti və onun Xəzər Boru Kəməri Konsorsiumundakı payı ABŞ sanksiyalarından azad edilib. İraqda “Lukoil” Qərbi Qurna layihəsində qalmaq üçün payını azaltmağa məcbur ola bilər.

“Bununla belə, çox şey qrupun yurisdiksiyalarında fəaliyyət göstərdiyi ölkələrin siyasi iradəsindən asılı olacaq”, – “Alfa-Bank” yazır.

Energetika və Maliyyə İnstitutunun baş energetika direktoru Aleksey Qromovun sözlərinə görə, “Lukoil”un Rusiyada hasil etdiyi, sonra isə Hindistan və Çinə ixrac etdiyi neftə gəlincə, onun taleyi 2026-cı ilin əvvəlinə qədər bəlli olmayacaq. Qromov hesab edir ki, Çinə tədarük davam edəcək, lakin hazırda ABŞ ilə ticarət danışıqları aparan Hindistanla problemlər yarana bilər. ABŞ açıq şəkildə bəyan edib ki, onun şərtlərindən biri Rusiya neftindən imtina etməkdir.

Xatirə SADİQ

Seçilən
27
5
nocomment.az

6Mənbələr