AZ

Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub?

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal Jerar Pike və Şakiraya məxsus olan evi alıb.

Publika.az xəbər verir ki, malikanə Barselona yaxınlığındakı elit Esplugues-de-Llobregat rayonunda yerləşir və müğənni uşaqları ilə birlikdə Mayamiyə köçdükdən sonra boş qalmışdı.

“Las Mamarazzis” layihəsinin jurnalistləri Laura Fa və Lorena Vaskesin məlumatına görə, futbolçu hazırkı mənzilində baş verən insidentdən sonra köçməyə qərar verib. Bildirilir ki, Yamal üç korpusdan ibarət və 12 yataq otağı olan bu yeni evə vurulub. Lakin mediada qeyd edilən daxili hovuz orada yoxdur.

Lamine

Bəzi qonşular Yamalın gəlişindən o qədər də məmnun deyillər və zarafatla “indi orada daim şənliklər olacaq” deyirlər. Amma köçmə qərarı təkcə rahatlıqla bağlı deyil. Bir müddət əvvəl Lamin mənzilinə kiminsə girməyə çalışdığını zənn edərək qorxub. Polis hadisəni araşdırdıqdan sonra bunun yanlış həyəcan siqnalı olduğunu müəyyən edib.

Seçilən
35
publika.az

1Mənbələr