
ABŞ-nin müdafiə naziri Pit Heqset Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən qayığa edilən hücum nəticəsində 4 nəfərin həlak olduğunu açıqlayıb.
Missiya.Az xəbər verir ki, Nazir Pit Heqset bu barədə sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, qayıq ABŞ-yə narkotik vasitələr daşımaq məqsədilə məlum qaçaqmalçılıq marşrutu üzrə hərəkət edirmiş.
Heqset qeyd edib ki, əməliyyat zamanı qayığa zərbə endirilib və göyərtədə olan dörd nəfər həyatını itirib.
Hazırda insidentlə bağlı araşdırma aparılır.
Seyranə QuliyevaMissiya.Az