AZ

“Azəristiliktəchizat” ASC nin yığılmış zərəri artıb Zərərin artması xərcin gəlirdən çox olması deməkdir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ildə “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri artıb. Banker.az “Azəristiliktəchizat” ASC-nin balans hesabatına istinadən xəbər verir ki, ötən il “Azəristiliktəchizat”ın yığılmış zərəri 5.4% və ya 6 milyon 784 min manat artaraq 31 dekabr 2024-cü il tarixində 133 milyon 34 min manata çatıb. 2023-cü ilin sonunda “Azəristiliktəchizat” şirkətinin yığılmış zərəri 126 milyon 250 min manat təşkil etmişdi. Bu ilin yanvar ayının 1-nə “Azəristiliktəchizat”ın cəmi aktivləri 149 milyon 365 min manat, cəmi öhdəlikləri 84 milyon 178 min manat, cəmi kapitalı isə 65 milyon 187 min manat təşkil edib.“Azəristiliktəchizat” şirkətinin bu böyük zərərinin əsas səbəbi nədir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, istənilən şirkətin zərərinin artması xərcinin gəlirindən çox olduğunu göstərir.

Əkrəm Həsənov

“Ümumən bunu deyə bilərəm. Bunun bir neçə səbəbi ola bilər. Ya gəliri azalıb, ya da xərci çoxalıb. Gəlirin azalması o baxımdan ola bilər ki, kimlərsə ona ödənişləri etmir. Buna baxmaq lazımdır. Xərci çoxalıbsa, xərc dedikdə - əmək haqqından tutmuş, inzibati, kommunal, avtomobil xərcləri nəzərdə tutulur. Bunlar da ola bilər. Amma bu şirkətdəki konkret problem xərc artıb, yoxsa gəlir azalıb? Mən ehtimal edirəm ki, xərc artıb. Adətən belə hallarda xərc artır”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
icma.az

1Mənbələr