AZ

Aİ Ermənistana 5 milyon avro verəcək

Hurriyyet.az xəbər verir ki, Ermənistan atom elektrik stansiyasında qəza risklərini azaltmaq üçün Avropa İttifaqından 5 milyon avro alacaq.

Avropa Komissiyası ilə imzalanacaq, "Ermənistanda Nüvə Təhlükəsizliyinin və Radiasiya Mühafizəsinin Gücləndirilməsi" adlı qrant müqaviləsi Ermənistanın hökumət iclasında təsdiqlənib.

Ermənistanın ərazilərin idarəetməsi və infrastruktur naziri David Xudatyan qeyd edib ki, ayrılan vəsaitin hidrogen rekombinatorlarının - qəza zamanı partlayıcı hidrogenin suya çevrilməsi yolu ilə onun toplanmasının qarşısını alan cihazların alınmasına yönəldilməsi planlaşdırılır.

Nazirin sözlərinə görə, müqavilə Yaponiyanın "Fukusime" stansiyasında baş verən qəzadan sonra tətbiq edilən yeni AES  təhlükəsizliyi tələblərinə uyğunlaşdırılıb.

Hürr Tərcüman

Seçilən
9
1
hurriyyet.az

2Mənbələr