ain.az bildirir, Gununsesi portalına istinadən.
Rəsmilərin məlumatına görə, Rusiyanın enerji infrastrukturuna hücumu nəticəsində Ukraynada elektrik enerjisi təchizatı ölkə üzrə məhdudlaşdırılıb.
Zaporojye şəhərinə endirilən zərbələr zamanı 13 nəfər, o cümlədən 6 uşaq yaralanıb.
Ukraynanın enerji naziri Svitlana Qrinçuk bildirib ki, hücumlar enerji sisteminə yeni zərər vurub. Baş nazir Yuliya Svyrydenko isə Rusiyanın qış öncəsi “humanitar fəlakət” yaratmağa çalışdığını qeyd edib.
Zaporojyedə beş yaşayış binası və bir sıra infrastruktur obyektləri zədələnib. Hücumlar nəticəsində Nikolayev bölgəsində də elektrik kəsintiləri və dəmir yolu qatarlarında gecikmələr qeydə alınıb.
Firuzə
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.