AZ

Bütün xəstəliklər Xidmətlər Zərfinə daxil ediləcək? RƏSMİ

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edillməyən bəzi xəstəliklərin də siyahıya əlavə olunması üçün işlər görülür.

"Cebheinfo.az” "Report"-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin ("Medinex 2025") rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda 200-dən çox tibb müəssisəsi Dövlət Agentliyi ilə əməkdaşlıq üçün müqavilə bağlayıb:

"Biz bu işə başlayanda say təxminən 20-yə yaxın idi. Bunun artması əməkdaşlığın güclənməsindən xəbər verir".

Z.Əliyev xatırladıb ki, hər il 5 milyondan çox vətəndaş icbari tibbi sığortanın təqdim etdiyi xidmətlərdən yararlanır:

"Ötən illər ərzində icbari tibbi sığorta təminatına daha çox xidmət əlavə olunub. Bu müddətdə Xidmətlər Zərfi ilə əhatə olunan xidmətlərin sayı 81% artırılaraq 3315-ə çatdırılıb. Bu proses davam edəcək".

"Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr