ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin nüvə mühərrikli “Poseydon” adlı pilotsuz sualtı aparatın bu həftə uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Putin bu açıqlamanı Moskvadakı Mandrık xəstəxanasında yaralı hərbçilərlə görüş zamanı verib.
O, aparatın “sürət və dərinlik baxımından dünyada bənzəri olmadığını” vurğulayaraq onu növbəti dəfə “qiyamət maşını” kimi təqdim edib.
Putin bildirib ki, “ilk dəfə olaraq sualtı torpedo dron sistemi üçün nüvə enerjisi ilə işləyən mühərrik uğurla işə salınıb”.
Rusiya lideri cihazın ələ keçirilməsinin mümkünsüz olduğunu və onun “sürət və hərəkət dərinliyi baxımından dünyada tayı-bərabəri olmadığını” qeyd edib:“Bu pilotsuz aparatın sürəti və dərinliyi baxımından dünyada oxşarı yoxdur və yaxın gələcəkdə ona qarşı effektiv müdaxilə üsulunun tapılması da mümkün görünmür.”
Putin həmçinin bildirib ki, “Poseydon”un gücü dünyanın ən güclü nüvə silahı hesab edilən “Sarmat” qitələrarası raketindən belə qat-qat artıqdır:“Poseydonun gücü, ən perspektivli qitələrarası ‘Sarmat’ raketimizin imkanlarını xeyli dərəcədə üstələyir. Sarmat hələ döyüş növbətçiliyinə başlamayıb, lakin yaxın zamanda istifadəyə veriləcək".
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.