AZ

Niderlandda seçkiləri D66 qazandı

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandda keçirilən ümumi seçkilərdə sosial liberal yönümlü Demokratlar 66 Partiyası (D66) 27 mandatla liderliyə yüksəlib. 

Koalisiya hökumətinin qurulması gözlənilir. 

"Cebheinfo.az" xəbər verir ki, ilk seçki çıxış sorğularına əsasən, Rob Yettenin rəhbərlik etdiyi D66 Partiyası parlament seçkilərində birinci yeri tutub. Qəti nəticələri əks etdirməyən bu sorğulara görə, D66 27 mandat əldə edib. İfrat sağçı Azadlıq Partiyası (PVV) 25 mandatla ikinci, liberal Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) isə 23 mandatla üçüncü yerdə qərarlaşıb. 

Yaşıl Sol (GroenLinks) və Əmək Partiyası (PvdA) ittifaqının 20 mandat, Xristian Demokrat Çağırışı Partiyasının (CDA) isə 19 mandat qazanacağı proqnozlaşdırılır. Əvvəlki seçkilərdə 20 mandatla parlamentə daxil olan Yeni Sosial Müqavilə Partiyasının (NSC) isə bütün yerlərini itirəcəyi gözlənilir. 

Niderland hökumət qurmaq üçün 150 üzvlü parlamentdə ən azı 76 deputatın dəstəyi tələb olunur. Heç bir partiya təkbaşına bu sayda mandat əldə etmədiyi üçün, ən azı üç partiyadan ibarət koalisiya hökumətinin qurulması ehtimal olunur. Rəsmi nəticələrin 7 noyabrda açıqlanacağı bildirilib. 

Nigar Hacılı 

"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr