“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ milli futbol liqasının (MLS) pley-off mərhələsi ilə bağlı proqnozunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, L.Messi bu barədə “Apple TV”yə müsahibəsində bildirib.
“Düşünürəm ki, bu mövsüm də, keçən mövsüm kimi, çox inkişaf etmişik. Bəzi oyunçular gəlib, bəziləri isə gedib. Komandanın çox yüksək səviyyədə oynadığı anlar oldu, amma müdafiədə qeyri-sabit olduğumuz, çoxlu qol buraxdığımız və hələ də çatışmayan bir şey olduğu da doğrudur.
Bəli, əlbəttə, bəli, MLS Kubokunu qazana bilərik. Amma bu asan olmayacaq. Keçən ilki təcrübəmiz var, müntəzəm mövsümdə birinci yeri tutduq və sonra ilk turda məğlub olduq” - deyə L.Messi qeyd edib.