AZ

NATO qoşunlarının Avropa boyunca sürətli hərəkəti üçün mexanizm hazırlanır

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Layihə ilkin mərhələdədir və dəyişikliklər edilə bilər

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) və NATO-ya üzv dövlətlərinin hökumətləri ilə birlikdə hərbi münaqişə halında ağır texnikanın Avropa boyunca sürətli hərəkətinə imkan verəcək mexanizmi əlaqələndirmək üzərində işləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

FT-nin məlumatına görə, təşəbbüs Aİ ölkələrinin qoşun və texnikanın daşınması üçün istifadə edə biləcəyi ortaq nəqliyyat vasitələri - yük maşınları, dəmir yolu platformaları və bərələrin yaradılmasını nəzərdə tutur.

Nəşrin məlumatına görə, gələn ay AK blokun nəqliyyat infrastrukturunu təkmilləşdirmək və gömrük prosedurlarını sadələşdirmək üçün təkliflər təqdim etmək niyyətindədir.

Mənbələrə görə, Aİ həmçinin Aİ-nin öz yük maşınları və dəmir yolu vaqonları donanmasını yaratmaq imkanlarını araşdırır, lakin Aİ-nin məhdud büdcəsi nəzərə alınmaqla bu, daha çətin olacaq.

FT-nin mənbələri qeyd edib ki, layihə ümumiyyətlə ilkin mərhələdədir və dəyişikliklər edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
ayna.az

1Mənbələr