AZ

Gözlənilməz seçim: Ən yaxşı idman avtomobili açıqlandı

Bazar ənənəvi olaraq çoxsaylı bahalı və keyfiyyətli idman avtomobilləri ilə zəngindir. Onların arasında ən yaxşısını seçmək sadə məsələ deyil, amma Autocar portalının mütəxəssisləri bunu etməyə çalışıblar.

HİT.az xəbər verir ki, reytinq müxtəlif avtomobillərin testinə əsaslanaraq hazırlanıb. Siyahıya "Porsche", BMW, "Mazda", "Lotus" və "Aston Martin" kimi markaların modelləri daxil edilib – ümumilikdə on avtomobil.

Qalib, digər idman avtomobilləri arasında o qədər də diqqət çəkməyən "Alpine A110" olub – "Alpine"in ("Groupe Renault"a daxil) orta mühərrikli idman avtomobili, 2017-ci ildə təqdim edilib. Mütəxəssislərin fikrincə, avtomobil sürət, manevr qabiliyyəti, təsirli dizayn və xoş idarəetmə ilə seçilir.

"Autocar" belə yazır: "O, beş ulduzdan beşinə layiqdir".

A110-ın digər üstünlükləri arasında çox yüngül quruluş və nisbətən münasib qiymət var – Böyük Britaniyada bazaviy komplektasiyada təxminən 55 000 funt-sterlinq (72 000 dollar).

Ən yaxşı 10 idman avtomobili (TOP-10):

1. Alpine A110
2. Porsche 911
3. Mazda MX-5
4. BMW M2
5. Porsche 718 Boxster/Cayman
6. Aston Martin Vantage
7. Lotus Emira
8. Ford Mustang
9. BMW Z4
10. Mercedes-AMG SL

Demək olar ki, bu avtomobillərin hamısı yüksək qiymətləndirilib. Yalnız "Mercedes-AMG SL" istisna təşkil edir, çünki o, bir az böyük hiss olunur və, məsələn, "Porsche" avtomobilləri qədər idarəetmədən alınan həzz vermir.

Samir

Seçilən
4
hit.az

1Mənbələr