AZ

Almaniya kansleri Türkiyədə səfərdədir

"Türkiyə ilə yaxın tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm. Ona görə də Ankaradayam".

Missiya.Az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts özünün “X” sosial media hesabında paylaşım edib.

"Türkiyə ilə məni xüsusi və çoxşaxəli əlaqələr birləşdirir. Bunlara xarici və təhlükəsizlik siyasəti ilə yanaşı, miqrasiya, enerji və ticarət də daxildir", - deyə siyasətçi vurğulayıb.

Merts həmçinin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr