BAKI, 30 oktyabr. TELEQRAF
"Ölkə üzrə çağrı xidmətinin "Regional çağrı mərkəzləri" formatında qurulması planlaşdırılır".
Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2025-ci ilin sonuna qədər "Abşeron çağrı mərkəzi" qurulacaq.
"İlin sonuna qədər yeni proqram təminatının Abşeron Çağrı Mərkəzində qurulması və tətbiqi prosesi bitəcək. Rayon TTTY stansiyalarında çağrı xidmətinin keyfiyyəti artırılır. 2026-cı ilin ilk yarısında rayon TTTY stansiyalarındakı koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi yekunlaşacaq. 2026-cı ilin sonuna qədər ölkənin bütün ərazisində regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşır", - o əlavə edib.