BAKI, 30 oktyabr. TELEQRAF
"Kür - Çaylar Anası" filmi Ankarada 10-cu "Türk Dünyası Sənədli Filmlər Festivalı"nda mükafat qazanıb.
Bu barədə Teleqraf-a Kino Agentliyindən (ARKA) məlumat verilib.
Film Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın dəstəyi ilə 2023-cü ildə keçirilən müsabiqədə qalib gəlib və 2025-ci ildə “OD Media Production" MMC tərəfindən istehsal olunub.
Filmin quruluşçu rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifləri Seyran Mahmudoğlu və Əkbər Nəcəf, operatoru Ziya Babayev, prodüsserləri isə Seyran Mahmudoğlu, Fariz Əhmədov və Yalçın Verdiyevdir.
Filmdə Kür çayının tarixindən və Azərbaycan üçün əhəmiyyətindən bəhs edir.