“Qlobal vəziyyəti, regiondakı prosesləri təhlil edəndə Azərbaycan və Ermənistan anladı ki, bizim ümumi maraqlarımız var, xüsusilə Cənubi Qafqaz ölkələrinin taleyinin bir-birinə bağlı olduğunu anladıq. Onilliklər boyu davam edən düşmənçilikdən sonra bunu indi daha aydın görürük”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib.
Erməni baş nazir qeyd edib ki, Azərbaycan və Ermənistan ümumi maraqlar, xüsusən də müstəqilliyin, suverenliyin və dövlətçiliyin möhkəmləndirilməsi üçün ortaq məxrəcə gələ bilər: “Çünki Azərbaycan və Ermənistanın müstəqilliyi və suverenliyinə təhlükə eyni yerdən ola bilər”.
Asif
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta