AZ

“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilir

Yazını böyüt
Yazını kiçilt

Bakıda Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (Medinex 2025) açılış mərasimi keçirilir.

Hafta.az xəbər verir ki, sərgi səhiyyə üzrə peşəkarları, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir.

Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən “Medinex” sərgisi oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, “Medinex” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir. İTSDA və TƏBİB sərgidə öz stendləri ilə iştirak edir.

Seçilən
15
hafta.az

1Mənbələr