Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
NASA-nın Lockheed Martin ilə birgə 518 milyon dollarlıq investisiya ilə hazırladığı "X-59" səsdən sürətli reaktiv təyyarəsi ilk sınaq uçuşunu uğurla başa vurdu.
Bizimyol.info xəbər verir ki, layihənin məqsədi, səsdən sürətli (süpersonik) kommersiya uçuşlarda, yüksək səsdən qaçaraq uçuşlar həyata keçirməkdir. Bu məqsədlə, "X-59" adı verilən, 30 metr uzunluğunda və tək mühərrikli "sessiz səsdən yüksək sürətli təyyarə" hazırlanıb.
"X-59" təyyarəsi, Los-Ancelesin təxminən 100 km şimalında, Palmdale şəhərindəki hava bazasından havaya qalxıb. Təyyarə bir saatlıq uçuşdan sonra Edvards Hava Bazasına uğurla eniş edib. İlk test uçuşunda, "X-59", saatda 379 km sürətə və 3660 metr yüksəklikdə uçuş həyata keçirib.
Bu uçuşda, təyyarə səs sürətini ötərək, heç bir səs problemi yaratmadan yüksək sürətlə uçma qabiliyyətini nümayiş etdirib. Bu inkişaf, səsdən sürətli uçuşların daha səs-küysüz və geniş miqyasda həyata keçirilməsinin yolunu açır.
"X-59" layihəsinin uğurlu nəticələri, gələcəkdə səsdən sürətli səyahətlərin daha sürətli, rahat və ekoloji cəhətdən daha uyğun olacağını göstərir.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.