ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Pentaqona dərhal Amerikanın nüvə silahlarının sınaqlarına başlamaq barədə göstəriş verib.
"Unikal" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Həmçinin, o, ABŞ-nin digər ölkələrdən daha çox nüvə silahına malik olduğunu vurğulayıb.
"Bu, mənim səlahiyyətimdə olduğum ilk müddət ərzində mövcud silahların tam modernləşdirilməsi və təkmilləşdirilməsi də daxil olmaqla həyata keçirilib", - Tramp bildirib.
Gülayə Mecid