Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rasim İsmayılov “Medinex 2025” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin açılış mərasimində çıxış edib.
Bakıvaxtı.az xəbər verir ki, nazir müavini çıxışında ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının mühüm nəticələr verdiyini vurğulayıb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılır, tibb müəssisələri ən son texnoloji avadanlıqlarla təchiz olunur və maddi-texniki baza gücləndirilir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.