AZ

Vüqar Qurbanov: İl sonuna kimi elektron növbə sistemi əksər tibb müəssisələrində istifadəyə veriləcək

BAKI, 30 oktyabr. TELEQRAF

"Elektron növbə sistemi xidməti ilə bağlı artıq paytaxt və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb".

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.

O bildirib ki, il sonuna qədər bu sistemin ölkə üzrə əksər tibb müəssisələrində istifadəyə verilməsi planlaşdırılır.

"Bundan başqa, son 5 il ərzində 95 tibb müəssisəsində Laboratoriya İdarəetmə Sistemi tətbiq edilmiş, bu müddət ərzində cəmi 110 milyon laborator xidmət, o cümlədən 90 milyon ambulator və 20 milyon stasionar xidmət qeydə alınmışdır.
Vətəndaşlar artıq şəxsi kabinet və “e-TABIB” mobil tətbiqi vasitəsilə laborator nəticələrini onlayn əldə edə bilirlər", - o əlavə edib.

Seçilən
36
50
teleqraf.com

10Mənbələr