Rusiyanın "Lukoil" şirkəti Gunvor şirkətindən xarici aktivlərini əldə etmək təklifi alıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Lukoil"dən bildirilib.
Bildirilib ki, Gunvor Group Ltd. şirkəti LUKOIL International GmbH şirkətinin 100%-ni əldə etməyi təklif edib. Lukoil və Gunvor arasında bağlanan müqavilənin əsas şərtləri əvvəlcədən razılaşdırılıb.
Qeyd edək ki, ABŞ-nin "Lukoil" və "Rosneft"ə sanksiya tətbiq etməsindən sonra "Lukoil" xarici aktivlərini satmaq qərarına gəldiyini açıqlayıb.
 
                        