AZ

Ərəb Koordinasiya Qrupu Azərbaycanda su infrastrukturu layihələri icra edəcək

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ərəb Koordinasiya Qrupuna daxil olan maliyyə institutları ilə Azərbaycanda prioritet su infrastrukturu layihələri icra ediləcək.

“APA-Economics”in əldə etdiyi məlumata görə, artıq sözügedən layihələr üzrə hazırlıq işlərinə başlanılıb.

Layihələrin şəhər infrastrukturu, xüsusilə də su və kanalizasiya şəbəkələrinin yenidən qurulması kimi sahələri əhatə etdiyi bildirilir.

Qeyd edək ki, Ərəb Koordinasiya Qrupuna daxil olan maliyyə institutları ilə Azərbaycan arasında nəqliyyat sahəsində də əməkdaşlığın qurulması müzakirə mövzusudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
apa.az

3Mənbələr