AZ

Türk dövlətləri arasında ticarət həcminin daha da artırılmasına ehtiyac var - Halit Kanak

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı yaradıldıqdan sonra ticarət həcmiartmağa başladı və 2024-cü ildə 53 milyard dollar səviyyəsinəçatdı. Bu ciddi bir artımdır, amma kifayət deyil.

Trend xəbərverir ki, bunu Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyininsədri Halit Kanak bu gün Bakıda keçirilən Avrasiya FrançayzinqForumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, on il öncə türk dövlətləri arasında aparılanticarət həcmi isə təxminən 10 milyard dollar idi:

"Biz müstəqil türk dövlətləri olaraq düşünürük ki, 180 milyonluqəhalimizlə yanaşı, Rusiya, Çin, Əfqanıstan, Pakistan, İran, Balkanölkələri, Orta Şərq, Şərqi Avropa, Şimali Afrika, Cənubi vəCənub-Şərqi Asiya kimi regionlarda yaşayan soydaşlarımızla birlikdə350 milyon əhalinin daxil olacağı daxili ticarətimiz ən azı 400milyard dollar olmalıdır. Biz bu hədəflərə çatmaq üçün imkanınmövcud olduğunu hesab edirik.

Məsələn, 2024-cü ildə Türk Dövlətləri Təşkilatı ölkələrininxaricdən həyata keçirdiyi ümumi idxal belədir; Azərbaycan - 21milyard dollar, Özbəkistan - 56 milyard dollar, Qazaxıstan - 60milyard dollar, Qırğızıstan - 12 milyard dollar, Türkiyə - 344milyard dollar, Türkmənistan - 4 milyard dollar, Macarıstan -152milyard dollar, Şimali Kipr Türk Respublikası - 2,8 milyarddollar".

H. Kanakın sözlərinə görə, bu ölkələrin ümumi idxalı 656 milyarddollar təşkil edir:

"Lakin bu ticarətin yalnız 53 milyard dolları türk dövlətləriarasında aparılıb. Bu isə çox aşağı bir göstəricidir vəqəbuledilməzdir. Buna görə ticarət həcmini artırmaq üçün ilknövbədə birliyimizi gücləndirməliyik. Sosial, siyasi, mədəni və ənönəmlisi iqtisadi birliyi möhkəm təmellərə oturtmalıyıq.

Biz bir-birimizdən məhsul alma mədəniyyətini inkişafetdirməliyik. İqtisadi birliyi təmin etmək üçün sənayeləşməni,istehsalı və ticarəti artırmalıyıq. Qardaş ölkələrimizdəki,Türkiyədəki iş adamlarına, sənayeçilərə müraciət edərəkdeyirik:

"Ehtiyacınız olan məhsulları əvvəlcə türk coğrafiyasındakışirkətlərdən alın, əgər tapa bilməsəniz, digər ölkələrə müraciətedə bilərsiniz, amma öncə bizə müraciət edin".

H. Kanak qeyd edib ki, bu yanaşma daxili ticarət həcminiartıracaq və Türk dünyasının hər küncündə əməkdaşlığıgücləndirəcək: "Bunun üçün ticarət forumları, iqtisadi konqreslərvə digər tədbirlər təşkil edilməlidir. Artıq bir çox təşkilatfəaliyyət göstərir, məsələn, Türkiyədə DEİK və Dünya İqtisadi İşŞurası kimi qurumlar mövcuddur. Eyni zamanda digər türkdövlətlərində də müvafiq təşkilatlar və sivil cəmiyyət qurumlarıfəaliyyət göstərir.

Bütün bu təşəbbüslərin məqsədi ortaq ticarəti artırmaq, iqtisadiinkişafı sürətləndirmək və türk dövlətlərini bir-birinə daha dayaxınlaşdırmaqdır".

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr