AZ

"Bavariya" "Milan"ın rekordunu vurdu

BAKI, 30 oktyabr. TELEQRAF

Almaniyanın "Bavariya" klubu yeni rekorda imza atıb.

Teleqraf xəbər verir ki, Münhen təmsilçisi buna cari mövsümə ardıcıl 14 oyunda qələbə qazanmaqla nail olub.

Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv bu göstəricidə Avropanın TOP-5 liqalarının rekordunu müəyyənləşdirib.

"Bavariya" son olaraq Almaniya Kubokunun 1/32 mərhələsində "Köln"ü səfərdə 4:1 hesabı ilə məğlub edib.

Əvvəlki rekord 1992/93 mövsümünün əvvəlində ardıcıl 13 qələbə qazanan İtaliya "Milan"ına məxsus idi.

Qeyd edək ki, "Bavariya" növbəti matçını Bundesliqanın IX turu çərçivəsində evdə "Bayer Leverkuzen"ə qarşı keçirəcək.

Seçilən
19
teleqraf.com

1Mənbələr