AZ

Koreya səfiri Xəzər Enerji Forumunda iştirak edib

Yazını böyüt
Yazını kiçilt

Koreyanın ölkəmizdəki səfiri Kanq Kımqu Bakıda Caspian Energy Club tərəfindən təşkil olunan Xəzər Enerji Forumunda iştirak edib.

Hafta.az-ın yazdığına görə, forumda regional iri enerji şirkətlərinin nümayəndələri, Azərbaycan hökumət rəsmiləri və bərpaolunan enerji üzrə mütəxəssislər, Mərkəzi Dəhlizin enerji nəqli infrastrukturunda rolu və yaşıl enerjidən istifadənin genişləndirilməsi mövzularını müzakirə ediblər.

Səfir Kanq Forum  çərçivəsində Caspian Energy Club-ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin (AREA) direktoru Cavid Abdullayev ilə görüşərək, Azərbaycanın bərpaolunan enerji bazarının mövcud vəziyyəti barədə məlumat alıb, gələcəkdə Koreya şirkətlərinin ölkə bazarına daxilolma imkanları barədə fikir mübadiləsinin davam etdirilməsi barədə razılığa gəlib.

Seçilən
21
hafta.az

1Mənbələr