ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı,30 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən ənənəvi minifutbol turniri uğurla yekunlaşıb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, turnirin keçirilməsində məqsəd tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və kollektiv ruhun möhkəmləndirilməsi olub.
Turnirdə universitetin fakültələrini təmsil edən ümumilikdə 12 komanda iştirak edib. Gərgin və baxımlı oyunlarla zəngin turnirin yekununda İncəsənət və fiziki tərbiyə fakültəsini təmsil edən komanda yarışın qalibi olub. Tarix və coğrafiya fakültəsinin komandası II, Fizika fakültəsinin tələbələrindən ibarət komanda isə III yerə layiq görülüb.
Final oyunundan sonra qalib komandalar kubok, medal və diplomlarla təltif olunublar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.