Telegram-ın qurucusu Pavel Durov yeni layihəsi olan mərkəzləşdirilməmiş hesablama şəbəkəsini təqdim etdi. Təqdimat 29 oktyabrda Dubayda keçirilən forumda baş tutdu.
Yeni layihə Cocoon ("Kokon"- Barama) adlandırıldı — bu, “Confidential Compute Open Network”, yəni "Konfidensial Hesablama Açıq Şəbəkəsi"nin qısaltmasıdır.
Cocoon süni intellekt modellərinin inkişaf etdiricilərini və bu modelləri işlətmək üçün öz avadanlıqlarına girişi satmaq istəyən qrafik kart sahiblərini bir araya gətirəcək. TON kriptovalyutası hesablama gücünün ödənilməsi üçün istifadə olunacaq.
Durov mərkəzləşdirilməni Cocoon-un əsas üstünlüklərindən biri kimi göstərir. Telegram-ın qurucusu qeyd etdi ki, insanlar getdikcə "rəqəmsal azadlıqlarını" itirirlər və mərkəzləşdirilməmiş şəbəkələrin yaradılması onları qorumağın yeganə yoludur.
Cocoon-un tam istifadəyə verilməsi 2025-ci ilin noyabr ayına planlaşdırılır.
Almaz Həsənli