AZ

Bu, ilkdir: Azərbaycan ərazisindən istifadə edəcəyik

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Biz sülhə nail olmuşuq və bu, reallıqdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də regionumuz üçün tarixi dəyişiklikdir. İlk dəfədir ki, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə daxil olmaq üçün həqiqi bir imkan yaranıb. Həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün istifadə imkanı əldə edəcək. Bu isə o deməkdir ki, bizim ərazimiz vasitəsilə yeni beynəlxalq tranzit marşrutu açılacaq. Açıq nəqliyyat yolları yaranacaq. Fars körfəzi və Oman körfəzindən Qara dənizə qədər, həmçinin Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni bir əlaqə xətti formalaşacaq”, – Paşinyan o qeyd edib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
globalinfo.az

1Mənbələr