AZ

İcma sədri beynəlxalq ictimaiyyətə çağırış etdi-“Bizim haqq işimizə dəstək verin!

"Bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, Azərbaycanla Ermənistan arasında Sülh sazişinin paraflanması, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırmışdır". "Olaylar" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Brüssel şəhərində "Beynəlxalq hüquqda qayıdış hüququ" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib: "Biz, Qərbi Azərbaycan İcması olaraq, dövlət başçısının dialoq səylərini alqışlayır və bu danışıqlara öz doğma ocaqlarımıza qayıdış üçün açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın - erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə bizim doğulub boya-başa çatdığımız ərazilərə sülh yolu ilə qayıdış hüququmuzun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcəkdir. Bütün beynəlxalq gücləri və təşkilatları da bizim bu haqq işimizi dəstəkləməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr