AZ

Qayda pozuntusuna görə kameraya düşən sürücülərin görüntüləri ifşa olundu - FOTO

Son günlər sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan sürücülərin kameralar vasitəsilə qeydə alınmış görüntüləri geniş müzakirələrə səbəb olub. Avtosfer.az xəbər verir ki, yayılan fotoşəkillərdə bir neçə kobud qayda pozuntusu diqqəti çəkib. Belə ki, 99-VU-376 qeydiyyat nişanlı "Ford", 77-CT-976, 23-BC-354 və 90-XG-215 qeydiyyat nişanlı "VAZ", eyni zamanda 99-XT-369 qeydiyyat nişanlı "Opel" markalı avtomobillərin sürücüləri ön oturacaqda azyaşlı uşaqları daşıyıblar.

Qanunvericiliyə görə, 12 yaşdan aşağı uşaqların ön oturacaqda daşınması qadağandır. Yalnız xüsusi oturacaqla təchiz edilmiş avtomobillərdə buna icazə verilir. Bu qayda uşaqların qəza zamanı ciddi xəsarət almalarının qarşısını almaq məqsədi daşıyır.

Mütəxəssislər valideynlərə və sürücülərə hər zaman tövsiyə edir ki, uşaqların təhlükəsizliyi hər zaman prioritet olmalıdır. Onlar vurğulayırlar ki, uşaq üçün nəzərdə tutulmuş xüsusi oturacaqların istifadə edilməməsi qəza zamanı ciddi xəsarətlərə, hətta ölümlərə səbəb ola bilər. Eyni zamanda, uşaq oturacağı olmayan avtomobildə uşağın ön oturacaqda daşınması tamamilə qadağandır və inzibati məsuliyyət yaradır.

Bu qaydaya əməl etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.

 

Fərid

Seçilən
22
1
avtosfer.az

2Mənbələr