Metbuat.az xəbər verir ki, Abbas Əraqçi rəsmi tədbirdə 40 il əvvəl Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda ona dərs demiş müəllimi Əbdülrəsul Xeyrəndişlə qarşılaşıb. Nazir qocaman müəlliminin əlini öpməyə cəhd etsə də, Əbdülrəsul Xeyrəndiş buna imkan verməyib.
Nazirin bu hərəkəti sosial şəbəkə iştirakçıları tərəfindən maraqla qarşılanıb. Minlərlə insan şərh yazaraq Abbas Əraqçinin bu davranışını təqdir ediblər.