AZ

“Bilmirəm sabah yaşayacam, yaşamayacam” – Əfran İsmayılova nə olub?

Birinci liqada iddialı iki klubdan biri “Səbail”di, o biri də “Şəfa”. “Şəfa”nın prezidentinin müşaviri isə “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovdu.

Maraqlı sual yaranır: “Şəfa” elitaya yüksəlsə, Əfran İsmayılov karyerasını idarəedici kimi davam etdirmək istəyəcək, yoxsa məşqçi kimi?

“Football-plus.az” bu sualı gənc mütəxəssisin özünə verib:
“Bilmirəm sabah yaşayacam, yaşamayacam. Qarşımızda neçə ay var. Sağ-salamat çıxaq, görək nə olur. Görək çempion oluruqmu?”
Qeyd edək ki, “Şəfa” ötən mövsüm 2-ci liqada 2-ci olaraq 1-ci liqaya yüksəlib.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
6
1
football-plus.az

2Mənbələr