Başqalarına borca pul verən Bank Olmayan Kredit Təşkilatı "İnternational"" Açıq Səhmdar Cəmiyyətinin özü borca düşüb. “PostMedia” xəbər verir ki, Şirkətin dövlətə 560 933,99 manat vergi borcu yaranıb.
Qeyd edək ki, 2013-cü ildə yaradılan BOKT-un qanuni təmsilçisi Həsənov Nicat Vaqif oğludur.
Səhmdar Cəmiyyətin Müşahidə Şurasının sədri Həsənov Rifat Vaqif oğlu, İdarə heyəti sədri isə qardaşı Həsənov Nicat Vaqif oğludur.
Eyni zamanda Rifat Həsənov BOKT-un həm də Audit komitəsinin sədridir.
ASC-nin İdarə heyətinin 2 üzvü də Həsənovlar ailəsinin nümayəndələri Cabbarova Leyla Vaqif qızı və Abdullayeva Məhin Vaqif qızıdır.
Bundan əlavə "Express Lombard" ASC-nin səhmlərinin 45%-nin Nicat Həsənova, digər 45%-nin Rifat Həsənova və 10%-nin isə Leyla Cabbarovaya məxsus olduğu deyilir.
Eyni zamanda “Express Lombard”ın səhmdarları eyni pay bölgüsü ilə "İnternational Leasing" ASC-yə də sahiblik edirlər.