AZ

Tramp əmr verdi: Nüvə silahı sınaqlarına başlayın

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinə (Pentaqona) nüvə silahı sınaqlarına dərhal başlanması barədə göstəriş verdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə “Truth Social” hesabında paylaşım edib.

“Digər ölkələrin sınaq proqramlarına görə Müdafiə Nazirliyinə nüvə silahlarımızın sınaqlarına başlaması tapşırığını verdim. Bu proses dərhal başlayacaq”, - deyə ABŞ Prezidenti vurğulayıb.

ABŞ-nin digər ölkələrdən daha çox nüvə silahına sahib olduğunu deyən Tramp, bunun onun ilk prezidentlik dövründə həyata keçirildiyini qeyd edib.

O, ABŞ-nin Rusiya və Çinin silahlanma yarışında aradakı fərqi bağladığı barədə xəbərdarlıq edərək belə deyib:

“Nüvənin möhtəşəm dağıdıcı gücünə görə bunu əldə etməkdən nifrət etdim, amma başqa seçimim yox idi. Rusiya ikinci yerdədir, Çin isə uzaqdan üçüncü gəlir, lakin 5 il ərzində bərabərləşəcəklər”.

Seçilən
1
cebheinfo.az

1Mənbələr